Nəzəriyyədən praktikaya

Bu gün məktəbin texnologiya müəllimi Günel Kərimovanın təqdimatında 6a sinfində texnologiya fənnindən nümunəvi dərs keçirildi. Dərsdə məktəbin direktoru Laçın Hüseynli, texnologiya müəllimləri Nərminə Günəşova, Validə Niftəliyeva, riyaziyyat müəllimi Güllər Məmmədova iştirak edirdi. Dərsdə fənn müəllimi Günel Kərimova oduncaq və metalın xüsusiyyətlərindən, xassələrindən və tətbiq sahələrindən danışdı. Sonra iki qrupa “Oduncaq” və “Metal” qruplarına bölünmüş şagirdlərə 10 dəqiqə müddətində hazırlamaq üçün praktiki iş tapşırdı. Şagirdlər təyin edilmiş vaxt ərzində tapşırığın öhdəsindən layiqincə gəldilər. O cümlədən, sinifdə şagirdlərin hazırladıqları digər nümunəvi əl işləri nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi