Riyaziyyat aylığı ilə əlaqədar qarşılıqlı dərs dinləmələr davam edir

Məktəbimizdə fənn müəllimlərinin qarşılıqlı dərs dinləməsi davam edir. Bu dəfə növbəti dərs dinləmə 5ç sinfinin riyaziyyat müəllimi Nuranə Qəniyevanın təqdimatında çeçirilən dərsdə baş tutub. Müəllimin “Açıq dərs”ində məktəbin direktoru və digər fənn müəllimləri də iştirak edirdi. Qarşılıqlı dərs dinləmələr əsasən gənc müəllimlərin dərsində təcrübəli müəllimlərin və əksinə, təcrübəli müəllimlərin dərslərində gənc müəllimlərin iştirakı ilə baş tutur. Dərslərdə motivasiyanın yaradılması, şagirdlərin dərsliklərlə işi, sinfin idarə olunması və sinifdə işgüzar dərs mühitinin yaradılması meyarlarına fikir verilir. Nuranə müəllimin müasir təlimin qaydalarına əsaslanmış dərsində də şagirdlər dərsin gedişatını maraqla izləyir və verilən tapşırıqlar üzərində maraqla çalışırdılar. Qarşılıqlı dərs dinləmələrin keçirilməsi gənc müəllimlərə kömək etmək, qabaqcıl müəllimlərin təcrübəsini yaymaq və təlim keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır. Sonda metodbirləşmə rəhbərlərinin iştirakı ilə dərs dinləmənin nəticəsi müzakirə olunmuş və dərslərin müasir təlimin tələbləri səviyyəsində qurulmasında rolu barədə fikirlər söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi