Aprel döyüşləri mövzusunda "dəyirmi masa" keçirildi

8 aprel 2025-ci il tarixində məktəbin Fəaliyyət Planına uyğun olaraq 3ə sinif şagirdləri ibtidai sinif müəllimi Gülşən Paşayevanın təşkilatçiliğı ilə Aprel döyüşləri mövzusunda "dəyirmi masa" keçirildi. Ilk öncə müəllim şagirdlərə “Aprel döyüşləri” haqqında bir xatırlamalar etdi. Şanll əsgərlərimizin Lələ təpə yüksəkliyi şücaətindən danışdı. "Dəyirmi masa"da əsasən Azərbaycan əsgərlərinin mərdliklərindən, şücaətlərindən, cəsurluqlarından danışıldı. Aprel döyüşləri 44 günlük müharibənin başlanğıcı olduğu qeyd edildi.