Novruz bayramına həsr olunmuş tədbir

Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Novruz - bir bayram kimi baharın gəlməsi münasibəti ilə geniş miqyasda qeyd olunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəliminə həsr olunur.18 mart 2025-ci il tarixində məktəbimizdə Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Kamalə Əsədova da iştirak etdi. Şagirdlər milli geyimlərdə, milli adət ənənələrimizdən danışdı. Daha sonra bayrama aid şeirlər, nəğmələr oxundu və Kosa və Keçəlin iştirakı ilə Novruz bayramı keçirildi. Səhnəciklər təqdim edildi. Baharın gəlişini həvəslə gözləyən şagirdlər bayram əhval-ruhiyyəsini özlərində əks etdirdilər. Novruza aid şeirlər, çərşənbələr haqqında məlumatlar verildi, Novruz adətlərini səhnələsdirərək canlandlran şagirdlər milli rəqs ve mahni ifası ilə tədbirə rəngarənglik qatdılar.