Son zəng

    14 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 03.06.2024-cü il tarixli, 3-29-69/3-2-12F/2024 nömrəli və  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10 iyun 2024-cü il tarixli 3-29-59/3-2-279F/2024  nömrəli əmrinə müvafiq olaraq məktəbimizin  məzunlar üçün “Son zəng” çalındı. “Son zəng” tədbirində məktəb rəhbərliyi, rayon icra hakimiyyətinin nümayəndəsi,qəsəbə ağsaqqalı, şəhid bacısı, valideyn komitələri və müəllimlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və "Son zəng"lə yekunlaşdı. Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirildi. Qeyd edək ki, 2023-2024-cü tədris ilində məktəbin IX siniflərindən 144, XI siniflərindən isə 66 nəfər məzun olub.Məzunlarımızı təbrik edir və gələcək həyatlarında uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi