V və VI siniflərdə Böyük Summativ Qiymətləndirmə keçirildi

    04 iyun 2024-cü il tarixində məktəbin V və VI sinif şagirdləri üçün Böyük Summativ Qiymətləndirmə imtahanı keçirildi. BSQ-imtahanında Azərbaycan dili 20, Riyaziyyat 20 və İngilis dili fənnindən isə 20 sual  olmaqla şagirdlərə 60 test tapşırığı təqdim olundu. Qeyd edək ki, Böyük Summativ Qiymətləndirmə imtahanlarının təşkili və keçirilməsi üçün məktəbdaxili müvafiq qaydada işçi qrupu yaradılıb. Məqsəd Təhsil Nazirliyinin müvafiq qərarının icrasını təmin etmək və şagirdlərin fənn standartlarını nə dərəcədə mənimsədiyini aşkar etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi