IV,IX və XI siniflərdə Böyük Summativ Qiymətləndirmə keçirildi

03 iyun 2024-cü il tarixində məktəbin IV, IX və XI siniflərində Böyük Summativ Qiymətləndirmə imtahanları keçirildi. IV sinif şagirdlərinə Azərbaycan dili fənnindən 15 sual, Riyaziyyatdan 17 sual, İngilis dilindən 20 sual, IX sinif şagirdlərinə Azərbaycan dili fənnindən 15, Riyaziyyatdan 20, Ədəbiyyatdan 15, İngilis dilindən 19, Fizikadan 16, Azərbaycan tarixindən 20, Ümumi tarixdən 18 sual, XI sinif şagirdlərinə Azərbaycan dili fənnindən 15, Ədəbiyyatdan 15, Riyaziyyatdan 20, İngilis dilindən 20, Coğrafiyadan 20, Biologiyadan 15, Kimyadan 20, Çağırışaqədərki hazırlıq fənnindən isə 20 sual  təqdim olundu. Böyük Summativ Qiymətləndirmənin keçirilməsində məqsəd fənnlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin təhlili, şagird nailiyyətinin yüksəldilməsi üçün düzgün planlaşdırma aparmaq, fənn standartlarının hansı səviyyədə reallaşmasını aşkar etməkdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi