Elimizə bahar gəlir

     19 mart 2024-cü il tarixində məktəbin akt zalında Sahibə Zahidova və Səbirə Nəcəflinin təqdimatında “Elimizə bahar gəlir” adlı tədbir keçirildi. Tədbirdə IId və IVc sinif şagirdləri iştirak etdi. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdirdilər. Şagirdlərin ifasında milli rəqslər, Bahar qızının gəlişi tədbirə rəngarənglik qatıb tədbir iştirakçılarına xoş ovqat bəxş etdi. Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Hüseynova tədbir iştirakçılarının bayramını təbrik edərək, onlara ruzi-bərəkət və firavanlıq arzuladı. Tədbiri keçirməkdə məqsəd adət-ənənələri gələcək nəsillərə ötürmək və milli-mənəvi dəyərlərimizi qorumaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi