"Sağlam nəsil - parlaq gələcək" layihəsi çərçivəsində "Öz Sağlamlığını Qoru"

Məktəbin psixoloqu tərəfindən VIII sinif şagirdləri ilə birlikdə "Sağlam nəsil - parlaq gələcək" layihəsi çərçivəsində "Öz Sağlamlığını Qoru" adlı maarifləndirici tədbir keçirilib.Tədbirin əsas məqsədi şagirdlərə sağlam həyat tərzinin vacibliyini anlatmaq, zərərli vərdişlərin fəsadları barədə məlumat verməkdir.İştirakçılara zərərli vərdişlərin yaratdığı problemlər izah edildi, onlarla fikir mübadiləsi aparıldı.