“Mizrabın sehri” “Məktəbdə...” layihəsi çərçivəsində görüş

Bu gün məktəbimizin qonağı dəyərli valideynimiz , tarzən, Əməkdar artist, Prezident mükafatçısı, Tərəqqi medalı laureatı, Beynəlxalq müsabiqələr qalibi, dosent , Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə oldu.Tanınmış tarzənin sənət fəaliyyətindən, yaradıcılığından söhbət açıldı, onunla bağlı hazırlanmış videoçarx nümayiş olundu. Görüş zamanı şagirdlər bildirdilər ki, Sahib Paşazadə tanınmış tarzən olaraq Azərbaycan musiqisində muğam və xalq çalğı alətlərinin ifaçılığına böyük töhfələr verib. Daha sonra muğam sənətinin əhəmiyyəti, tarın musiqidəki rolu barədə məlumat verdilər. Tarzən şagirdlərə tarın tarixi, quruluşu və səs çıxarma texnikaları barədə məlumat verərək onlarda Azərbaycan musiqisinə olan maraqlarını artırdı.Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalq musiqisini daha yaxından tanımaq, muğam sənətinin əhəmiyyətini öyrənməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi