"Etwinning - əməkdaşlıq etdiyimiz ölkələr "

16.04.2024-cü il tarixində "Qardaşlaşmış ölkələr" təşəbbüsü ilə "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində "Etwinning - əməkdaşlıq etdiyimiz ölkələr " adlı tədbir keçirildi. Tədbirdə şagirdlər Türkiyə, Portuqaliya, Almaniya, İtaliya, İspaniya və digər ölkələrin milli-mənəvi dəyərləri, adət-ənənələri haqqında məlumatları əks etdirən təqdimatlarla çıxış etdilər. Şagirdlərin çıxışlarından sonra məktəbin riyaziyyat-informatika müəllimi Günay Hüseynzadə  10dan çox beynəlxalq layihədə iştirak etdiklərini bildirdi. Hazırda 3 ildir ki, davam edən Dinamik həndəsə: Riyaziyyatın günəşli dünyası layihəsi haqqında məlumat verildi. Layihəyə qoşulan ölkələrin sayının ildən ilə artdığı vurğulandı. Bununla yanaşı Riyaziyyatçıların əlifbası, Dayanıqlı inkişafın riyazi həlləri layihələrindən bəhs edildi. Sonda müxtəlif ölkələrin milli- mənəvi dəyərlərindən bəhs edən yarış keçirildi. Yarışda ilk 3 yeri qazanan şagirdlər mükafatlandırıldı. Belə layihələrin şagirdlərdə əməkdaşlıq, ünsiyyət, tətbiqetmə, təhlil, araşdırma bacarıqlarını inkişaf etdirdiyi  deyildi. Tədbir iştirakçıların xoş təəssüratları ilə bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi