“Narkomaniya ümumbəşər bəladır”

08.04.2024-cü il tarixində “Narkomaniya ümumbəşər bəladır” mövzusunda tədbir keçirilib.IX-XI sinif şagirdlərinə mövzu ilə bağlı məruzəçi Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlar bölməsinin rəisi, polis polkovniki-leytenantı Ruslan Hüseynov çıxış edib. Tədbirdə eyni zamanda Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Rəşad Abdullayev, Nərimanov Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini ehtiyatda olan polis polkovniki Eyvaz Nurməmmədov və digər əməkdaşlar olub. Şagirdlərə  narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, narkomaniyaya qarşı mübarizədə pedaqoqların və psixoloqların bu problemə dair qabaqlayıcı tədbirlərin görülməsi barədə geniş məlumat veriblər. Sonda Nərimanov RPİ-si tərəfindən xüsusi hazırlanmış dünyada tüğyan edən narkomaniya adlı bəlanın dəhşətlərin özundə əks etdirən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi