Anım Günü

Məktəbin şagirdlərinin iştirakı ilə Anım Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil olunub. İlk öncə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktoru Nihal Hacıyeva çıxış edərək bildirib ki,torpaqlarımız qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahası hesabına azad olunub. Bununla da bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olub. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib mahnı oxuyublar.