"21 sentyabr - Beynəlxalq sülh günü"

Məktəbin ibtidai sinif müəllimi Fəxriyyə Hümbətovanın təşkilatçılığı ilə II C sinfinin şagirdləri "21 sentyabr - Beynəlxalq sülh günü" münasibəti ilə tədbir keçirib.Tədbir iştirakçıları çıxış edərək bildiriblər ki,bu gün dünyanın Sülhə daha çox ehtiyacı var. Şagirdlər insanları sülhə səsləyən musiqilər ifa edib, müxtəlif şeirlər söyləyiblər. Daha sonra sülh çağırışı olaraq şarları və göyərçinləri havaya buraxıblar. Tədbirin keçirilməsində məqsəd şagirdlərə sülhün dəyərini anlatmaq, qanımızdan keçməyə hazır olduğumuz Vətənimizi qorumaq və vətənə, torpağa olan sevginin tükənməməli olduğunu izah etməkdir.