Uşaqların sevimlisi Solmaz Amanova ilə görüş.

Məktəbin kitabxanasının təşkilatçılığı ilə III B sinif şagirdləri, sinif rəhbəri və valideynlər yazıçı Solmaz Amanova ilə Nərimanov Rayon Mərkəzi Kitabxanasında görüş keçirib. Görüş çərçivəsində Yazıçı Şuşa haqqında yazdığı “Şuşanın sehrli açarları” kitabını təqdim edib. Şagirdlərə Şuşanın tarixi haqqında məlumat verib.Daha sonra Solmaz Amanovanın yazdığı “Turac və sehrli daraq ”nağılı əsasında çəkilmiş cizgi filminə baxıblar.Şagirdlər görüşdən məmnun qalıblar və sonda yazıçıya gül dəstəsi təqdim ediblər.Tədbirin keçirilməsində məqsəd uşaqlara mütaliə və oxu vərdişini aşılamaqdır.