“7 rəqəminin möcüzəsi” adlı fizika gecəsi
Məktəbin fizika müəllimi Təranə Ağayevanın təşkilatçılığı ilə “7 rəqəminin möcüzəsi” adlı fizika gecəsi keçirilib.Tədbirdə məktəbin pedaqoji heyəti, dəvət olunmuş qonaqlar və şagirdlər iştirak ediblər.Gecədə şagirdlər mövzuya uyğun olaraq yerdə olan 7 möcüzə haqqında danışaraq onu bədii ədəbiyyatla, musiqi və s fənnlərlə əlaqələndirdilər.Ağ işığın yeddi rəngdən, atmosferin yeddi qatdan ibarət olması haqqında ətraflı məlumat verdilər. “Fizika təcrübələrdə”adlı hissədə şagirdlər atmosfer təzyiqi,diffuziya,enerji mübadiləsi, ətalət qanunu və s aid müxtəlif təcrübələr apardılar.Daha sonra “Bilirsinizmi” rubrikasında məhşur fizika alimlərinin adına çıxmış pul vahidləri, Azərbaycanın tanınmış şəxslərinin adına verilmiş göy cisimləri haqqında faktları tədbir iştirakçılarına bildirdilər.Şagirdlər arasında keçirilmiş viktorinada suallar cavablandırıldı.Sonda məktəbin direktoru Nihal Hacıyeva çıxış edərək tədbirin təşkilatçısı Təranə müəlliməyə və şagirdlərə minnətdarlığını bildirdi.Qeyd etdi ki, belə fənn gecələrinin keçirilməsi şagirdlərdə dünyagörüşünü genişləndirir, elmi məlumatlarını zənginləşdirir.