"Ölkəmizi tanıyaq " layihəsi - II tur

Noyabr ayında təşkil olunan Fizuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər-Naftalan marşrutu üzrə - “Ölkəmizi tanıyaq” devizi ilə ölkə turuna məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini -Kəmalə Babayeva və bir neçə şagird heyəti qoşulmuşdur.Qeyd edək ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 67 şəhər və rayondan 14 minə yaxın IX-XI sinif şagirdini əhatə edəcək “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində 2014-cü ilin 9 noyabr tarixində Nərimanov rayonun məktəblilərindən 40 nəfəri Fizuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər-Naftalan marşrutu üzrə yola salınmışdırlar. Məktəblilər sözügedən regionların qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olublar.Həmçinin qeyd edək ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən intellektual oyunun qalibi də məhz Nərimanov rayonunun məktəbliləri olub.Respublikanın bölgələrinə səyahətdən qayıdan şagirdlərin bu turdan zəngin təəssüratlarla ayrıldıqlarını bildirirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi