Kiçik Akademiyanın Şura içlası

09.11.2019-cu il tarixində məktəbin Kiçik Akademiyasının şura iclası keçirildi.Bu iclası keçirməkdə məqsəd: 1)bölmə rəhbərlərinin gördüyü işlər,şagirdlərin təlimatlandırılması və Kiçik Akademiyaya cəlb edilməsi barədə hesabatların dinlənilməsi. 2)Kiçik Akademiyanın prezidentinin təşkil olunan təlimlərdə əldə etdiyi məlumatları Kiçik Akademiyanın üzvlərinə çatdırmaq. 3)Kiçik Akademiyanın üzvlərindən olan 10a sinif şagirdlərinin yaratdığı “Heyvansevərlər”qrupunun təqdimatını dinləmək. Qrupun rəhbəri Haqverdiyeva Rövşanə cıxış edərək bildirdi ki,bu qrup şagirdlərin könüllü birliyidir.Qrupun üzvləri topladığı vəsait hesabına sahibsiz küçə heyvanlarına yardım edirlər və işi çox sevərək görürlər. Sonunda şagirdlər Kiçik Akademiyanın loqosunu da hazırlayıb təqdim etdilər. İclasda həmçinin bilik yarışmalarının məktəb mərhələsinə hazırlıq barəsində də danışıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi