Mənəvi borc

Dekabrın 2-də məktəbimizin 7b sinfində "Mənim mənəvi borcum" adlı səhnələşdirilmiş dərs təqdim olundu. Dərsi məktəbimizin Fizika müəlliməsi Ləman Abdullayeva təşkil etmişdi. Dərsdə məktəb rəhbərliyi,fənn müəllimləri,psixoloq,UBTR və məktəbimizin həkimi iştirak edirdi.Mövzu ilə bağlı fənn müəllimi şagirdlərlə müzakirə apardıqdan sonra, müxtəlif peşə sahiblərini əks etdirən səhnələr nümayiş olundu. Hər bir peşə sahibinin, vətəndaşlıq borcundan, mənəvi borcundan geniş söhbət aparıldı. Dərs məktəbin psixoloqu Mehriban Əzizovanın çıxışı ilə sona çatdı.