Yenə qaliblər sırasındayıq- RFO

Respublika Fənn Olimpiadalarının final turunda iştirak edən məktəbimizin XI sinif şagirdi Ülkər Ələkbərova Elşən qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə II yerə layiq görülmüş və gümüş medal əldə etmişdir. Ülkər Ələkbərova buraxılış imtahanlarında 300 bal toplayaraq maksimum nəticə göstərmişdir. Növbəti uğur münasibətilə də şagirdimizi təbrik edir, gələcək təhsil həyatında uğurlar arzulayırıq.