Ulu Öndər gənclərin gözü ilə mövzusunda inşa müsabiqəsi keçirildi

11.12.2017-ci il tarixində 192№ tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Ulu Öndər gənclərin gözü ilə" mövzusunda inşa müsabiqəsi keçirildi. İnşalarda Ümummilli Liderimizin həyat və fəaliyyətindən ətraflı şəkildə bəhs edildi. Şagirdlər Ulu Öndər "Şah əsəri" sayılan müstəqil Azərbaycanımızın dinamik inkişafından söhbət açdılar. "Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir" fikri konkret sübut və dəlillərlə izah edildi. Bir daha vurğulandı ki, müasir Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhu "Mən həmişə fəxr etmişəm, yenə də fəxr edirəm ki, Azərbaycanlıyam!" - deyən əbədiyaşar liderimizin zəngin ideyaları ilə formalaşır və inkişaf edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi