"Müasir metodik xidmətin təşkili"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 192 nömrəli tam orta məktəbdə "Müasir metodik xidmətin təşkili" layihəsi çərçivəsində müəllimlərin təlim ehtiyaclarının müəyyənləşdirilirməsi məqsədi ilə dərs dinləmələr davam edir. Məktəbin metodisti Günel Vəliyeva tərəfindən ibtidai sinif müəllimləri ilə görüşlər təşkil olunur, müasir təlim metodları haqqında tövsiyələr verilir, birlikdə müzakirələr aparılır.

Qeyd edək ki, bu proses 2024-cü ilin fevral ayından etibarən başlanılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə həyata keçirdiyi layihənin məqsədi təhsilverənlərin metodiki və pedaqoji bacarıqlarını inkişaf etdirmək, onlara bu istiqamətdə dəstək göstərməkdir. Metodiki xidmətin tətbiqi keyfiyyətli təhsil üçün şərait yaradılması, müəllimlər arasında əməkdaşlıq, səmərəli müzakirələrin təşkilinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi