Bilik yarışlarının təşkili.

Hər həftə sonu UBR Aysel Təhməzovanın təşkilatçılığı ilə şagirdlər arasında bilik yarışları keçirilir. Bilik yarışlarının təşkili siniflər arasında rəqabət hissinin və öyrənmə həvəsinin artırılmasına səbəb olur. Şagirdlər üçün stimullaşdırıcı xarakter daşıyır.

Bilik yarışlarında iştirak edən şagirdlər istər qalib gəlsinlər, istər məğlub olsunlar cavab verdikləri suallara görə məmnunluq hissi yaşayırlar. Xüsusilə, özgüvəni aşağı olan şagirdlər üçün bu özünü kəşf etmə fürsətidir. Yarış zamanı heç kəsin məlumatlı olmadığı suala doğru cavab verən şagird üçün özü artıq qalibdir.

Bu həftə yarış VI siniflər arasında təşkil olundu. Birincilik sevincini VI"C" sinfi " Zəfər " komandası yaşadı.

Eyni zamanda ll və lll yeri tutmuş " Zirvə" və "Zəka" komandalarını da təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi