Valideyn iclası.

Ötən həftə məktəb rəhbərliyi ilə valideynlər arasında iclas təşkil olunmuşdur.

İclasın keçirilməsində əsas məqsəd hal hazırda zamanın aktual məsələlərindən biri olan valideyn-məktəb münasibətlərinin şagirdlərin həyatında rolu və əhəmiyyətini təhlil etmək, təhsilin məzmununda, təlim-tərbiyənin təşkili məsələlərində baş verən dəyişikliklərlə və tələb olunan fəaliyyətlərlə valideynləri maarifləndirmək, müəllim-şagird-valideyn münasibətlərini düzgün formalaşdırmaq, valideynləri məktəb həyatında fəal iştiraka təşviq etmək, şagirdlərin adaptasiyası istiqamətində valideynlərə müvafiq tövsiyələr vermək, onların adaptasiya prosesini rahatlıqla keçirməsini təmin etmək, şagirdlərin tərbiyə və təlim prosesində meydana çıxan çətinliklərini aradan qaldırmaq, psixoloji dəstək göstərmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirməkdən ibarət olub. Həmçinin şagird təhlükəsizlik qaydaları və məktəbin daxili nizam intizam qaydaları haqqında geniş məlumat verilib.

Sonda aktual mövzular ətrafında müzakirə təşkil olunub, bütün iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi