YOL HƏRƏKƏTİ QAYDALARI HAQQINDA TƏDBİR.

Azərbaycan Respublikası yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaq üçün qurulmuş qrafiki nişanlardır. Bu nişanlar Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununa və "Yol hərəkəti və siqnallar" haqqında Vyana konvensiyasına əsasən nizamlanır.Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumatlar. Yol nişanlarının hər birinin həm adı, həm də nömrəsi var. Nişanın adı onun başlıca mənasını ifadə edir, nömrəsi isə nişanın qrupunu , habelə eyni adlı bir neçə nişan varsa, həmin ad altındakı sıra sayını bildirir.Təhlükənin xarakteri xəbərdarlıq nişanı üzərinə çəkilmiş və mənası kifayət qədər asan başa düşülən rəmzlər vasitəsilə ifadə olunur. Ona görə də sürücülər və hərəkət iştirakçıları bu nişanların mənasını bilməli, konkret yerdə həmin nişanı gördükdə isə mövcud təhlükənin xarakterini, habelə ümumi hərəkət şəraitini nəzərə almaqla tədbirlər görməyə başlamalıdır.Məktəbimizin şagirdləri tərəfindən yol hərəkəti qaydalarını özündə əks etdirən tədbir keçirildi. Yol hərəkəti qaydalarına uyğun səhnəciklər nümayiş olundu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi