RÜFƏT EYVAZLI ANILDI

Məktəbimizin məzun şəhidlərindən olan Rüfət Eyvazlının anım günü qeyd edildi. Şəhidimizin adını daşıyan 2"d" sinif şagirdləri onu dərin ehtiramla yad etdilər.

Eyvazlı Rüfət Arzu oğlu 16.09.1994-cü ildə anadan olub.

Səfərbərliklə döyüşlərə qatılmışdı. Azərbaycan Ordusunun əsgəri olan Rüfət Eyvazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd rayonlarının azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. Şəhid Rüfət Eyvazlı cəsarətli döyüşçü kimi ön cərgələrdə olub. Yağı düşmənin birinci istehkam xəttinin darmadağın edilməsi əməliyyatlarında iştirak edib.Ondan geridə qalan şirin xatirələr və bir də azadlığına qovuşmuş Vətən torpaqlarıdır. Rüfət Eyvazlı 15.10.2020-ci ildə Xocavənd rayonun azad olunması uğurunda gedən döyüşlərdə həlak olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Eyvazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Eyvazlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi