Məktəbdə “Milli-mənəvi dəyərlərimiz sərvətimizdir” mövzusunda “Dəyirmi masa” keçirildi

29 mart 2019-cu il tarixdə məktəbdə “Milli-mənəvi dəyərlərimiz sərvətimizdir” mövzusunda “Dəyirmi masa” keçirildi. Tədbirdə məktəbin VI və VII sinif şagirdləri iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Elçin Bağırov açaraq tədbirin mühüm-əhəmiyyət kəsb etdiyini bildirdi. O qeyd etdi ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır: “Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır”. Mövzu ətrafında məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Nizami Məmmədov çıxış edərək milli-mənəvi dəyərlər haqqında məlumat verdi. VI sinif şagirdi Tutuxanım Əliyeva respublikanın tarixi qoruq və abidələri, Zəhra İsgəndərli Hacı Zeynalabdin Tağıyevin gördüyü işlər, Şəfiqə Süleymanlı “Kitabi-Dədə Qorqud” dastanı haqqında məruzə ilə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi