Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş dəyirmi masa keçirildi

07 may 2024-cü il tarixdə məktəbin 7-ci sinif şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş dəyirmi masa keçirildi. Tədbirdə məktəbin tarix müəllimi Teyyubə Mirzəyeva Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirdi. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirdiyini şagirdlərə çatdırdı. Şagirdlər ümummilli liderə həsr olunmuş müxtəlif kitablardan onun həyat və fəaliyyətinə aid məlumatlar oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi