Uğurlarınız davamlı olsun!

Vüsalə Elşən qızı (Vüsalə Səma) 2007-ci il iyulun 10-da Bakı şəhəri Maştağa qəsəbəsində anadan olmuşdur. 2013-cü ildə Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.  Riyaziyyat və məntiq bilicisidir. Şahmat həvəskarıdır. "SUCCESS" Tədris Mərkəzində 2016-2021 -ci illərdə sintezator-piano ixtisası üzrə, 2021-2022 -ci illərdə İlkin tibbi yardım və Əczaçılıq kursunu bitirmişdir.

Çəkdiyi gözəl rəsm əsərləri ilə müxtəlif ölkədaxili və ölkəxarici (İtaliya, İspaniya, Nyu-York, Yekaterinburq) sərgilərdə iştirak etdiyinə görə, oxuduğu məktəbdə fəal iştirakına və aktivliyinə görə dəfələrlə Fəxri Fərman və Diplomlarla təltif olunmuşdur.

2023-cü il noyabrın 19-da keçirilən AMO (America Mathematic Olimpiad) riyaziyyat yarışmasında və 2024-cü il fevralın 18-də keçirilən Kopernik riyaziyyat olimpiadasında bürünc medala layiq görülmüşdür.

2017-ci ildə "Nağıl dolu dünyam", 2023-cü ildə "Zülmətdən gələn işıq" adlı kitabları nəşr edilmişdir. Hal hazırda 11 -ci  sinfin əlaçı sagirdidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi