Bakı zooloji parkında açıq dərs keçirildi

Bakı Zooloji Parkında 7-ci sinif şagirdlərinin iştirakı ilə biologiya fənni üzrə sürünənlər mövzusunda,  6-cı sinif şagirdlərinin iştirakı ilə isə təbiət fənni fənni üzrə heyvanların ətraf mühitə uyğunlaşması mövzusunda dərs-ekskursiyalar keçirildi. Məktəbin riyaziyyat müəllimi Məsumə Hüseynova, biologiya müəllimi Nurlana Ağayevanın təşkilatçılığı ilə təşkil olunmuş dərslər keçirildi. Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdlərin praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və fauna barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir. Dərsin gedişində dərsə dair tədqiqat sualları qoyularaq müvafiq tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi