İngilis dili fənnindən IV siniflər arasında müsabiqə keçirildi

Ümummilli lider Heydər Əliyev dilimizi yüksək qiymətləndirərək çıxışlarında qeyd etdiyi kimi, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaqla yanaşı,dünyaya inteqrasiya etmək, mədəniyyətlərarası əlaqələr və fərqli dünyagörüşləri tuta bilmək, üçün bir və ya bir neçə xarici dili bilmək bacarığı zamanın tələbinə uyğun prioritet məsələlərdəndir.

Zamanın nəbzini tutmaq, müasir dövrlə ayaqlaşmaq üçün ingilis dilini öyrənmək zərurəti çox böyük əhəmiyyət kəsb edir. Məktəbin şagirdlərinin dil bacarıqlarının yoxlanılması məqsədilə məktəb rəhbərliyi  9 aprel 2024-cü il tarixdə IV siniflər arasında İngilis dili fənni üzrə müsabiqə keçirildi. Müsabiqədə 9 komanda iştirak edirdi.Verilmiş müddətdə tez, cəld  və çevik cavab verən komandalar qalib oldular. İlk üç yerin qalibləri  məktəb rəhbərliyi tərəfindən  diplomla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi