Məktəblərarası fizika yarışı

05 aprel 2024-cü il tarixdə 187 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Fizika fənnindən Bilik yarışı" keçirildi. Yarışda Sabunçu rayonu üzrə 11 komanda iştirak etdi. Bu komandalar 22, 28, 108, 128,130, 142, 187, 209, 255, 293, 295 nömrəli tam orta məktəbləri təmsil edən 5 nəfərdən ibarət 10-cu sinif şagirdləridir. Yarış məktəblər tərəfindən maraqla qarşılandı. Bilik yarışında 1-ci yeri 187 nömrəli məktəbin komandası qazandı. 2-ci yeri 22  nömrəli məktəb, 3-cü yeri isə 209 nömrəli məktəbin komandası qazandı. Yarışın sonunda "Fizika fənnindən Bilik yarışı" müsabiqəsini təşkilatçısı məktəbin fizika müəllimi Mikayılova Afət və məktəbin direktor vəzifəsini icra edən Məmmədova Gülnarə müəllim komandaları diplom və təşəkkürnamələrlə təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi