31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dərs keçirildi

    1918-ci ilin mart-aprel aylarında rus imperiyasının tapşırığı ilə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım Azərbaycan tarixində unudulmaz bir gündür.31 mart soyqırımı XX əsr tarixində ən faciəli və dəhşətli səhifələrindən biridir. Faciənin şagirdlərin yaddaşına həkk olunması və gələcək nəsillərə ötürülməsi ilə əlaqədar olaraq məktəbdə rəsm sərgisi keçirildi. Şagirdlər əl işlərində əsasən erməni azğınlığına aid olan fikirlərini aydın bildirmişlər. Rəsm işləri məktəbin foyesində təşkil edilmiş sərgidə nümayiş etdirildi və məktəbin şagird,  müəllim kollektivi tərəfindən izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi