31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

30 mart 2024-cü il tarixində məktəbdə "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədar dərslər keçirildi. Bu dərslərin keçirilməsində məqsədi şagirdlərə düşmənlərimizin Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, soyqırımlar və terror əməlləri haqqında məlumat verməkdir.  Mövzu ilə əlaqədar şagird təqdimatları dinlənildi, fikir mübadiləsi aparıldı. Dərsdə təqdim olunan video görüntülərdə 1918-ci il 31 mart Azərbaycanlıların Soyqırımı və o dövrdə baş verən tarixi faktlar öz əksini tapmışdır. Amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixinin ən qanlı faciələrindən olan 31 Mart Soyqırımından 106 il ötür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi