Reproduktiv sağlamlıq məşğələləri çərçivəsində növbəti “Yeniyetmələrin sirrləri” mövzusunda məşğələ

29 mart 2024-cü il tarixdə məktəbin psixoloqu Arzu Əliyeva və biologiya müəllimi Elnurə Nəbiyeva Reproduktiv sağlamlıq məşğələləri çərçivəsində növbəti “Yeniyetmələrin sirrləri” mövzusunda məşğələ keçirmişlər. Məşğələ IX sinif qızları ilə keçirilmişdir. Məşğələnin məqsədi qızları cinsi yetkinlik dövründə onlarda baş verən anatomik və fizioloji  dəyişikliklər barədə məlumatlandırmaq, şəxsi və intim gigiyena vərdişlərini inkişaf etdirmək idi. Psixoloq Arzu Əliyeva qızların bu dövrdə rastlaşa biləcəkləri hər hansı bir stress və gərginlikliyin idarə olunması, mental durumun nəzarətdə saxlanması yolları barədə ətraflı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi