"İdman həftəsi"nin 3-cü günü

İdman həftəsinin 3-cü günü ilə əlaqədar 5 mart 2024-cü il tarixdə məktəbin biologiya müəllimi Ellada Məmmədova, məktəbin həkimi Əzizə Babayeva və fiziki tərbiyə müəllimi Mehriban Əliyevanın təşkilatçılığı ilə “Sağlam və qidalanma” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin VIII-X sinif şagirdləri iştirak etdilər. Məktəbin həkimi Əzizə Babayeva orqanizmin sağlamlığında məhz düzgün qidalanmanın vacib şərt olduğunu vurğuladı, uşaqların qidalanmasında vacib məqamlar, qeyri-sağlam qidalar haqda, piylənmə və düzgün seçilmiş pəhriz, fiziki aktivliyin vacibliyi və s. müzakirə edildi. "İdman həftəsi" çərçivəsində məktəbdə "Ən sürətli qaçış" yarışı keçirildi. V siniflər arasında təşkil edilən yarışda oğlanlardan 1-ci yerə 5Ğ sinif şagirdi Yusif Heybətov, 2-ci yerə Nadir Əliyev, qızlardan isə 5G sinif şagirdi Qəmərxanım Ağazadə layiq görüldülər. Şagirdlərimizi təbrik edir və uğurlar arzulayırıq! Daha sonra məktəbin II-III siniflərində rəsm müsabiqəsi keçirildi. Şagirdlər çəkdikləri rəsmləri nümayiş etdirdilər. İdman həftəsi davam edir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi