"İdman həftəsi"nin 2-ci günü

    4 mart 2024-cü il tarixdə öncədən tərtib olunmuş proqrama əsasən "İdman həftəsinin" ikinci günü, "İdman nailiyyəti olan idmançılarla görüş, "İdman viktorinası" və "Olimpiya oyunları uşaqların gözü ilə" bəndlərini reallaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirildi. Məktəbin məzunu Kinq-boksçu Əfqan Quliyevlə görüş şagirdlərdə xoş təəssürat yaratdı. O, idmanda qazandıqları uğurların heç də asan olmadığını, bu yolda qarşılaşdığı çətinliklər barədə xatirələrini dilə gətirdi. Məktəblilərə tövsiyələrini verib, uğurlar arzuladı. Sonda Əfqan Quliyevlə məktəbliləri maraqlandıran sualları cavablandırdı, xatirə şəkilləri çəkildi.

    Ayrı-ayrı siniflərdə fiziki tərbiyə müəllimləri və sinif müəllimlərinin təşkilatçılığı ilə viktorinalar keçirildi. Şagirdlər verilən sualları cavablandırdı, qaliblər müəyyən olundu. Məktəbin ibtidai sinif müəllimləri öz şagirdləri ilə rəngli kağız və plastlindən idman növlərini əks erdirən maketlər hazırladılar, olimpiya oyunlarına aid əl işləri təqdim etdilər. İdman həftəsi davam edir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi