Məktəblilərin rəsm sərgisi: “Xocalı soyqırımı tarixin qan yaddaşıdır”

Məktəbdə Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar şagirdlərin “Xocalı soyqırımı tarixin qan yaddaşıdır” mövzusunda rəsm sərgisi təşkil edildi. Sərgidə Xocalı soyqırımını əks etdirən müxtəlif əsərlər nümayiş olundu. Tədbirdə çıxış edən məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədova sərginin Xocalı soyqırımı qurbanlarını yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə keçirildiyini diqqətə çatdırıldı. Rəsmləri çəkən məktəblilər Xocalı faciəsini gözləri ilə görməsələr də, müəllimlərdən, dərnək rəhbərlərindən bu faciə ilə bağlı aldıqları məlumatları, uşaq təxəyyülü ilə ağ kağızlara köçürmüşdülər. Rəsmlərdə həmin gecənin dəhşətləri, yüzlərlə insanın al qanına qəltan edilməsi, düşmənin kimsəyə aman verməməsi, kafir erməninin o gecədə ağbirçək anaya, ağsaqqal qocaya, südəmər körpəyə də güllə atması təsvir olunmuşdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi