Məktəbdə Xocalı faciəsinin 32-ci il dönümünə həsr olunmuş xüsusi dərslər keçirildi

Fevral ayında Xocalı faciəsinin 32-ci il dönümü ilə əlaqədar dərslər keçirildi. Dərslərin keçirilməsində əsas məqsəd erməni vandallığını, erməni vəhşiliklərini bir daha gənc nəslin yaddaşında həkk olunması idi. Dərslər zamanı nümayiş olunan video-roliklərdə Xocalı sakinlərinin amansızlıqla qətlə yetirilməsi öz əksini tapmışdır. Şagirdlərin titrək səslə ağı demələri, erməni faşizminə olan nifrətlərinin sübutu idi. Məktəbin dil-ədəbiyyat müəllimi Həlimə Süleymanovanın hazırladığı “Faciədən Qələbəyə” adlı nümunəvi dərsdə Xocalı sakinlərinə edilən erməni vəhşilikləri bir daha göstərildi. Xocalının alınması bu qanın yerdə qalmadığını sübüt etdi. Ali Baş Komandan İlham Əliyev Cənabları xalqa arxalanaraq günahsız insanların intiqamını aldı. İndi Xocalıda üçrəngli  bayrağımız dalğalanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi