Məktəbdə "Dilimizi qoruyaq" şüarı altında açıq dərslər keçirildi

Məktəbdə "Dilimizi qoruyaq" şüarı altında keçirilən tədbirlər planına uyğun olaraq açıq dərslər təşkil edildi. Keçirilən dərslərdə Ana dilimizin önəmi, dəyəri vurğulandı. Dahilərin, şairlərin, yazıçıların dil haqqındakı fikirləri şagirdlər tərəfindən səsləndirildi. Dərslərdə şagirdlərin dil ətrafında fikirləri, dilə olan həvəsləri, fərqli dillərə olan münasibəti də öz əksini tapdı. Xüsusilə yuxarı siniflərdə dilin funksiyaları, cəmiyyətdəki rolu, ictimai hadisə olması şagirdlərə çatdırıldı, dil haqqında canlı musiqilər səsləndirildi. Dərslərdə gələcək nəsillərə öz dilimizdə danışmağın önəmi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi