Ana dilim milli mənsubiyyətimdir!

    Ana dili-hər bir xalqın varlığını təsdiq edən milli sərvətdir. Xalqın seçdiyi tarixi yol, onun mədəni səviyyəsi ana dilində öz əksini tapır. 2002-ci il 30 sentyabr tarixindən "Azərbaycan Respublikasında Dövlət dili haqqında" sənəd umummilli lider Heydər Əliyevin xalqımıza və dilimizə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. 

    Məktəbimizdə 21 Fevral-Beynəlxalq Ana dili Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdən biri də ibtidai sinif müəllimləri Ağayeva Natavanın 1f sinfi və Əliyeva Ülviyyənin 1ə sinfində maraqlı bədii kompozisiyalar təşkil etmişdilər. Şagirdlər mövzuya uyğun olaraq dil haqqında şeirlər söylədilər, məlumatlar verdilər və rəqslər nümayiş etdirdilər. Sonda məktəb rəhbərliyi bir daha qeyd etdi ki, Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi