Məktəbdə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirildi

20 fevral 2024-cü il tarixində rus dili və ədəbiyyatı müəllimi Qəmərxanım Həsənovanın təşkilatçılığı altında məktəbimizin rus bölməsində təhsil alan 5g sinfinin iştirakı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya keçirildi. Tədbir Azərbaycan Respublikasının Himni ilə açıq elan olundu. 5g sinif şagirdi Ayan Xeyrullayevanın "Üçlük və Əjdahaların sirri" adlı kitabının təqdimatından sonra şagirdlərimiz maraqlı məlumatlar, səhnəciklər, şeirlər və mahnılarla çıxışlar etdilər. Məktəbimizin musiqi müəllimi Həmidə Fərzəliyevanın təşkil etdiyi  xor kollektivi tədbirə daha da rəngarənglik qatdı. Qeyd edək ki, həmin tarixdə məktəbdə valideynlər üçün "Açıq qapı" günü keçirilirdi. Onlar da tamaşaçı qismində bu tədbiri izləyərək zövq aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi