Valideynin məktəbdə bir günü

    20 fevral 2024-cü il tarixində məktəbdə 5,6,7-ci sinif şagirdlərinin valideynləri üçün “Valideynin məktəbdə bir günü” adlı açıq qapı günü keçirildi. Valideynlər dərslərdə oturdular, övladlarını məktəb mühitində, dərs zamanı müşahidə etdilər.

  Valideynlər məktəb psixoloqlarının seminarlarında iştirak etdilər. “Bulling” mövzusunda keçirilən seminarda psixoloqlar maarifləndirici söhbətlər apardılar, zorakılıq hallarının qarşısının alınmasında valideyn-müəllim-psixoloq əməkdaşlığının zəruriliyindən danışdılar, valideynləri maraqlandıran suallara cavab verdilər.

   Valideynlər məktəbin kitabxanasında, idman zalında, tibb otağında, labaratoriyalarında, yeməkxanasında oldular, məktəbdə yaradılmış şəraitlə yaxından tanış oldular. Məktəb rəhbərliyi və pedoqoji heyətlə görüşən valideynlərə məktəbin fəaliyyəti, tədris prosesi, şagirdlərin təhlükəsizliyi üçün görülmüş işlər barədə ətraflı məlumat verildi. Direktor vəzifəsini icra edən G. Məmmədova valideynlərlə görüşdə məktəb-valideyn münasibətlərinin şagirdlərin təlim-tərbiyəsinin uğurla nəticələnməsindəki rolundan danışdı və vurğuladı ki, əməkdaşlığın şagirdlərin mənəvi, psixoloji inkişafı üçün münbit şəraitin yaradılmasında əsas şərtlərdəndir. Sonda valideynlər şagirdlərin “Beynəlxalq Ana dili Günü”nə həsr etdiyi tədbiri izlədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi