Azərbaycan dilində danışdığımız üçün, fəxr hissi duyuruq!

    20 fevral 2024-cü il tarixində ibtidai sinif müəllimi Səidə Məmmədovanın rəhbərliyi və 2h sinfinin iştirakı ilə  21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə sinif müəllimi ana dilinin əhəmiyyətini qeyd edib, mövzuya uyğun çıxışlar tərtib etdilər. Uşaqlar milli rəqs nümayiş etdirib, Tıq-Tıq xanım nağılından səhnəcik göstərdilər, görkəmli Azərbaycan şairləri Nizami Gəncəvinin, Bəxtiyar Vahabzadənin, İmadəddin Nəsiminin şeirlərini əzbər söylədilər. Tədbirin sonunda məktəblilər tərəfindən “Ana Dili” mahnısı ifa edilib və Azərbaycan dilində bir sıra sözlərin düzgün tələffüz qaydaları nümayış edildi. Bu cür tədbirlərin keçirilməsi məktəblilərdə vətənpərvərlik ruhunu gücləndirir və ana dilimizə mükəmməl şəkildə yiyələnməyimizin nə qədər zəruri olduğunu bir daha sübut edir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi