İbtidai siniflər üzrə metodbirləşmə iclası keçirildi

19 fevral 2024-cü il tarixdə məktəbin ibtidai sinifləri üzrə metodbirləşmə iclası keçirildi. İclasın keçirilməsində məqsəd məktəbin fəaliyyət planına əsasən III və IV siniflərində təşkil edilmiş monitorinqlərin təhlili və müzakirəsi idi. Məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədova monitorinqlərin nəticələri haqqında məlumat verərək, zəif nəticə göstərmiş III və IV sinif şagirdləri ilə daha səmərəli təlim fəaliyyəti aparmaq üçün II yarımildə sistemli məşğələlər təşkil edilməsini tapşırdı. Bu məşğələlərin həyata keçirilməsi məktəbin ibtidai təhsil üzrə metodbirləşmə rəhbəri Aynur Əhmədovaya həvalə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi