Məktəbdə nizam-intizamın keşiyində

    Məktəbdə nizam – intizam qaydalarına əməl olunması məktəb rəhbərliyinin diqqət etdiyi əsas məqamlardandır. Bu qaydalara düzgün riayət olunmasının məsuliyyəti isə növbətçi müəllimlərin üzərinə düşür. 2022-2023-cü tədris ilinin  başlanğıcından Pedaqoji Şuranın qərarına əsasən məktəbdə müəllimlər tərəfindən növbətçilik tətbiq olunmuşdur. Öncədən hazırlanmış cədvəl əsasında məktəbin ayrı-ayrı mərtəbələrində müəllimlər və inzibati heyət məktəbin dəhlizində nizam-intizama diqqət yetirir, “şagird qaydaları”nı pozan şagirdlərlə söhbət aparırlar. Hər sinifdə nümayəndə olduğu kimi, məktəbə də gün ərzində növbətçi təyin olunması müsbət haldır. Bu zaman pərakəndəlik olmur. Müəllim bilir ki, həfənin müəyyən günündə məktəbdə baş verənlərə cavabdehdir. Valideynlər övladlarını bizə həvalə ediblərsə, gün ərzində bu məsuliyyət müəllimlərin üzərinə düşür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi