İnformatika fənni üzrə metodbirləşmə iclası keçirildi

    13 fevral 2024-cü il tarixdə həmkara dəstək, innovativ layihələrin hazırlanması və layihələrdə iştirak, pedaqoji heyətin davamlı peşəkar inkişafının təmin edilməsi məqsədilə məktəb rəhbərliyinin və təlim-tərbiyə işləri üzrə direktor müavininin iştirakı ilə məktəbin informatika müəllimlərinin metodbirləşmə iclası keçirildi. İnformatika fənni üzrə metodbirləşmə sədri Kamal Soltanov yarımillik hesabatla çıxış edərək informatika fənni üzrə tədrisin keyfiyyətinin artırlması məsələlərindən danışdı. Metodbirləşmə iclasında perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunuldu. Məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədova qeyd olunan məsələlərlə bağlı rəy və tövsiyələrini bildirdi. Sonda müvafiq mövzular ətrafında fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi