Məktəbdə "Heydər Əliyev və mənim gözəl paytaxtım" layihəsi çərçivəsində esse yazmış şagirdlər mükafatlandırıldı

     Məktəbdə 2 fevral 2024-cü il tarixində "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyinin təşkilatçılığı ilə "Heydər Əliyev və mənim gözəl paytaxtım" layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirildi. Məktəbin kitabxanasında baş tutan tədbirdə ictimai birliyin sədri Namiq Nəcəf, məktəbin direktoru vəzifəsini icra edən Gülnarə Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Fərəh Mikayıl-zadə, kitabxana müdiri Vüsalə Qədimova, kitabxanaçı Bikəxanım Hadıyeva, uşaq birliyi təşkilatı rəhbəri Xəyalə Məhərrəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi Gülcamal Hüseynova, təsviri incəsənət müəllimi Səkinə Musayeva və 7-8-ci sinif şagirdləri iştirak etdi. Layihə çərçivəsində ulu öndər Heydər Əliyev və Bakı haqqında esse yazmış şagirdlər "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birlik tərəfindən mükafatlandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi