“Zamanın effektiv idarə edilməsi və səmərəlilik”

30 may 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Pirallahı rayonunda “Zamanın effektiv idarə edilməsi və səmərəlilik” adlı təlim proqramı keçirilib.

Pirallahı Gənclər Evində məktəblilərin iştirakı ilə təlimçi Lalə Yəhyayevanın təqdimatında zamanın idarə edilməsi, effektiv metodlar və təcrübəyə əsaslanan real üsullar iştirakçıların diqqətinə çatdırıldı. “Bir sual - bir cavab” rubrikası ilə diskusiya formatında müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı.

Təlimdə BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev və Pirallahı Gənclər Evinin direktoru Səkinə Məmmədova iştirak edib, tədbirdə həmçinin məktəbin UBTR Aynur Rzayevanın rəhbərliyi ilə şagirdlərimiz də iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi