"Yaşıl dünya naminə həmrəylik" ilinə həsr olunmuş atletika yarışı keçirilmişdir.

       Pirallahı rayonunda 2012-2013-cü il təvəllüdlü məktəblilər arasında "Yaşıl dünya naminə həmrəylik" ilinə həsr olunmuş atletika yarışı keçirilmişdir.

        Beş təhsil müəssisəsindən məktəblilərin qatıldığı yarışda Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev çıxış edərək, bu cür idman yarışlarının keçirilməsinin sağlam həyat tərzinin təbliği, gənclərin fiziki və mənəvi inkişafına dəstək verilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Natiq qeyd etmişdir ki, Azərbaycan idman siyasətində bu kimi tədbirlər gənclərin idmana marağının artırılması, komanda ruhunun gücləndirilməsi və sağlam rəqabət mühitinin yaradılmasına yönəlib.

       Məktəblilər arasında keçirilən bu yarışlar həm də gənclərin enerjisini düzgün istiqamətə yönəldərək, onların sağlam, aktiv həyat tərzinə təşviq edilməsinə və gələcək idman nailiyyətlərinin bünövrəsinin qoyulmasına xidmət edir. Eyni zamanda, belə yarışlar həmçinin gənc nəslin idman dəyərlərinə sadiq, əzmkar və məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə verir.

       Qız və oğlan şagirdlərin öz bacarığını nümayiş etdirdiyi yarışın nəticələri aşağıdakı kimi olmuşdur:

  • 1-ci yer: 186 №li tam orta məktəb
  • 2-ci yer: Y.Əliyev adəna 235 №li tam orta məktəb
  • 3-cü yer: 168 №li tam orta məktəb

      Qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi